2022 - ci ilin ən reytinqli ali məktəbləri - DÜNYADA
2022 - ci ilin ən reytinqli ali məktəbləri - DÜNYADA
28.09.2022 MEDİA Tərəfindən

Dünyada 25 mindən çox universitet var. Rəqabətin getdikcə artdığı dünyada universitetlərin bir-biri ilə rəqib olması da qaçılmaz olub. Buna görə də yaxşı universitetdə oxumaq perspektivli karyera qurmaq üçün zərurətə çevrilib.

Xüsusilə, dünya universitetlərinin reytinqləri altı faktora əsaslanır: akademik reputasiya, tələbə-müəllim heyəti nisbəti, tədqiqatlara istinadlar, beynəlxalq professorların siyahısı və beynəlxalq tələbələrin siyahısı.

Bu amillərə əsasən, dünyanın ən yaxşı universitetlərinin 2022-ci il siyahısını sizə təqdim edirik:

Oksford Universiteti - Böyük Britaniya
Kaliforniya Texnologiya İnstitutu (Kaltech) – Amerika Birləşmiş Ştatları
Harvard Universiteti - Amerika Birləşmiş Ştatları
Stanford Universiteti - Amerika Birləşmiş Ştatları
Kembric Universiteti - Böyük Britaniya
Massaçusets Texnologiya İnstitutu (MIT) – Amerika Birləşmiş Ştatları
Prinston Universiteti - Amerika Birləşmiş Ştatları
Kaliforniya Universiteti, Berkli – ABŞ
Yale Universiteti - Amerika Birləşmiş Ştatları
Çikaqo Universiteti - Amerika Birləşmiş Ştatları


2022 -ci ilin ən yaxşı 10 universiteti siyahısında səkkiz məktəb ABŞ-da yerləşir. Lakin birinci yerdə olan Oksford Universitetinin Böyük Britaniyada yerləşməsi də diqqətdən yayınmayıb. Bundan əlavə, araşdırma göstərdi ki, ardıcıl altı il Oksford qalib olub.

 

Bünyamin Bünyadzadə

Visiontv.az