2 dekabr 1956-cı ildə Fidel Kastro Kubaya gəlib və 5 ildən sonra özünü Kuba lideri elan edib...
2 dekabr 1956-cı ildə Fidel Kastro  Kubaya gəlib və 5 ildən sonra özünü Kuba lideri elan edib...
02.12.2022 MEDİA Tərəfindən

Tarixin təqvimini yenə də vərəqləyirik. Keçmişdən nəticə çıxarmaq üçün tarixi xatırlamaqda fayda var deyib yenə də tarixin bu günü baş verən mühüm hadisələrlə qarşınızdayıq :

2 dekabr 1804-cü ildə Napolyon Bonapart Parisdə Papanın iştirak etdiyi mərasimdə imperatorluq tacını geyindi.

2 dekabr 1873-cü ildə Osmanlı imperiyasının ilk birjası sayılan “Dersadet Təhvil Birjası” mərasimlə xidmətə açıldı.

2 dekabr 1888-ci ildə 1872-ci ildə qələmə aldığı 4 hissədən ibarət teatr oyunu “Vətən yaxud Silitrə” ilə tanınmış yazıçı və şair Namıq Kamal Sakız adasında 48 yaşında dünyasını dəyişdi.

2 dekabr 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti ilə Ermənistan arasında Gömrü razılaşması imzalandı. TBMM-nin beynəlxalq sahədə imzaladığı ilk saziş Gömrü razılaşması qüvvəyə minmədi, ancaq bu razılaşmanın əsas təşkil etdiyi Moskva və Qars müqavilələri ilə Türkiyənin şərq sərhədləri dəqiqləşdi.

2 dekabr 1942-ci ildə ABŞ-lı elm adamları ilk nəzarət edilən zəncir atom reaksiyası reallaşdırdı. Bu fəaliyyət atom bombasının quruluşunun əsasını təşkil etdi.

2 dekabr 1956-cı ildə Fidel Kastro Granma yaxtı ilə Kubaya addım atdı. 5 ildən sonra eyni gün Kastro özünü Kubanı komunizmə aparacaq lider olaraq elan etdi.

2 dekabr 1982-ci ildə Dr. Robert Jarvik tərəfindən inkişaf etdirilən süni ürək Barney Klark adlı xəstəyə yerləşdirildi. Klark 112 gün yaşaya bildi.

2 dekabr 1993-cü ildə həyatı filmlərə mövzu olan kolumbiyalı narkotik imperatoru Pablo Eskobar Medellin şəhərində təhlükəsizliq qüvvələri ilə atışma zamanı öldürüldü.

 

Hazırladı : Bünyamin Bünyadzadə

Visiontv.az