13 mart-bürc proqnozu
13.03.2020

Visiontv.az 13 marta olan bürc proqnozunu təqdim edir.

Qoç - Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiliyinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə xüsusi fikir verin.

Buğa - Hər mənada uğurlu təqvimdir. Öz gücünüzə etibar edin. Çünki Göy qübbəsi sizə elə bir enerji verəcək ki, bütün maneələri dəf edə biləcəksiniz. Axşamsa sürprizlər gözlənilir.

Əkizlər - Passiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxfi görüşləri və səfərləri təxirə salın.

Xərçəng – Elektrik və digər avadanlıqlarla ehtiyatlı davranın ki, xəsarət almayasınız. Digər sahələrdə elə bir çətinliyiniz olmayacaq. Axşam saatlarını ürəyinizə yaxın dostlarla gəzintiyə həsr edin.

Şir- Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll edə biləcəksiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalısınız.

Qız - Təxminən saat 14-ə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonrakı müddətdə isə maliyyə uğurlarınız gözlənilir. Uzaq yola çıxmayın.

Tərəzi - İxtiyarınızda olan bu təqvimdə işgüzarlığınız kifayət qədər artacaq. Bu səbəbdən də şəxsi büdcənizi qorumalı, fəaliyyət istiqamətlərini dəqiqləşdirməlisiniz. Yeni təkliflərə razı olmayın.

Əqrəb - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyin planlarını həyata keçirməyə kömək edəcək. Şübhəli adamlardan uzaq olun.

Oxatan - Kifayət qədər mübahisəli gündür. İfadə etdiyiniz hər bir sözə ciddi yanaşın. Əks təqdirdə münaqişəli situasiyalara cəlb olunacaqsınız. Falçı və cadugərlərdən uzaq olun.

Oğlaq - Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qığılcımları məhz bu təvimdən etibarən start götürəcək.

Dolça - İxtiyarınızda olan bu maraqlı gündə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonrakı proseslərin həllində sizə kömək edəcək. Mövcud problemlərə görə narahat olmağa isə dəyməz.

Balıqlar - Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, hazırda uğurlarınıza gedən yolun astanasındasınız.