12.09.2019 Bürclər sizə nələr vəd edir?
12.09.2019

Çox çətin gündür. Bu səbəbdən ciddi və vacib görüşləri bu günə təyin etməyin. Çox səbirsiz olacaqsınız deyə, sizinlə dil tapmaq asan olmayacaq. Istər ailədə, istərsə də işdə münaqişələr qaçılmazdır.

Buğa
Bu gün ailənizlə razılaşmaqda çətinliklər yaranacaq. Öz şəxsi qərarlarınızı onlarla paylaşarkən bir az diqqətli olmalısınız. Işdə gözəl perspektivlər ola bilər.

Əkizlər
Bu gün eşq həyatınız gündəmdə olacaq. Əyləncə barədə düşünəcəksiniz. Şərikli pul xərcləmələrində diqqətli olmağınız lazımdır, səhvə yol verə bilərsiniz.

Xərçəng
Ailə-məişət problemlərinin həlli, valideyn və ya qohumlarla ünsiyyətdə olmaq üçün münasib gündür. Yeganə müzakirə edilməsi məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır.

Şir
Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bu gün hansısa ailə sirrinizin ictimailəşmək ehtimalı da istisna deyil.

Qız
Işlərinizi sahmana salın. Boş vədlər verməyin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Eyni vaxtda bir neçə işi görmək istəyi artıq problemlər yaradacaq. Bu səbəbdən də tələsməyin.

Tərəzi
Çox iddialısınız. Ulduzlar qənaətcil olmağa çağırır. Pulu sağa-sola xərcləməkdənsə, yaxşı olar ki, onu qazanmağın yollarını araşdırasınız. Vaxtınızı boş işlərə sərf etməyin.

Əqrəb
Ciddi problemləri həll edəcəksiniz. Həyatın yeni mərhələsinə qədəm qoyacaqsınız. Bu baxımdan sizi əvvəlki günlərdən daha yaxşı həyat gözləyir. Bir sıra xırda uğursuzluqlar da istisna deyil.

Oxatan
Ideyalarınızı reallaşdırmaq üçün münasib gündür. Bu gündən səmərəli istifadə edin ki, sonra artıq zaman itirməyəsiniz. Köhnə tanışlarınızdan birindən iş yerinizi dəyişdirməklə bağlı təkliflər alacaqsıınız.

Oğlaq
Bu gün baş verən ən xırda məsələləri belə ürəyinizə salacaqsınız. Bir çoxları dostlarla, yaxınlarla mübahisə edəcəklər. Axşama doğru maliyyə çətinlikləri üzə çıxacaq. Bu gün edilən alış-veriş uğursuz olacaq.

Dolça
Maddi durumunuz yaxşılaşacaq. Ya əmək haqqınız artacaq, ya da gəlirli əməkdaşlığa başlayacaqsınız. Ehtimal ki, xoşbəxt olmanız mümkün olan şəxslə qarşılaşacaqsınız. Bizneslə məşğul olanlar üçün ən uğurlu gündür.

Balıqlar
Uğursuz gündür. Çox sayda səhvlərə yol verəcəyiniz gözlənilir. Bu gün vacib görüşləri təxirə salın. Ehtimal ki, maliyyə itkisilə üzləşəcəksiniz. Böyük məbləğli alış-veriş üçün münasib gün deyil.