11.09.2019 Bürclər sizə nələr vəd edir?
11.09.2019

Qoç
Bir başqasına həyatınızı idarə etməyə imkan verin. Söhbət tam etibar etdiyiniiz şəxsdən gedir. Azadlıq bu gün sizin düşməninizdir. Maliyyə və əmlak bölgüsü məsələlərini həll etmək məsləhət deyil.

Buğa
Planlaşdırdığınız görüşləri bu günlük təxirə salın. Buna səbəb özünüzü aqressiv aparmağınızdır. Bu günə təsadüfi və arzuolunmaz əlaqələr quracağınız gözlənilir.

Əkizlər
Bu gün bir çox fürsətləri əldən qaçıracaqsınız. Narahat gündür. Özünü ələ ala bilənlər üçün gün yaxşı keçəcək, hamı ilə dil tapacaqlar.

Xərçəng
Uğursuz gündür, problemlər çoxalır. Yaxın dostlarınızın fikirlərini nəzərə almamaqla yeni-yeni münaqişələrə əsas verirsiniz. Bunların öhdəsindən gəlmək isə asan olmayacaq.

Şir
Bu gün sövdələşmələr bağlamaq olar. Daxili narahatlığın artmasına imkan verməyin. Pis fikirləri başınızdan qovmaq üçün açıq havada fiziki işlə məşğul olun. Səfərlər yaxşı keçəcək.

Qız
Yaxşı olar ki, insanlardan uzaq qaçasınız, texnika ilə işlə və sənədlərin hazırlanması ilə məşğul olasınız. Şəxsi həyatınızda hakimiyyəti ələ almaq niyyətindəsiniz. Əlçatmaz olanı əldə etmək istərkən əlinizdə olanı da itirməməyə çalışın.

Tərəzi
Yaxşı gündür. Bu gün həyatın müxtəlif sahələrində uğura ümid edə bilərsiniz. Maliyyə vəziyyətiniz yaxşıdır. Pul, yaxud maraqlı iş təklifi ala bilərsiniz. Sevdiyinizə hədiyyə ala bilərsiniz.

Əqrəb
Nə vaxtsa gördüyünüz işə görə yaxşı pul ala bilərsiniz. Yeni münasibətlərə başlamaq olar. Münasibətlərin işgüzar, romantik və ya dost xarakterli olması isə yalnız sizdən asılıdır.

Oxatan
Bu gün üçün uzunmüddətli planlar qura, nikaha girə bilərsiniz. Gün uğurlu olacaq. Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail ola bilərsiniz. Ideya və planlarınız hərtərəfli bəyəniləcək.

Oğlaq
Təhriklərə uymayın. Yaxşı münasibətləri saxlamağa, anlaşılmazlıqları aradan qaldırmağa nail olacaqsınız. Köhnə tanışlarınız qəfildən sizi ziyarət edə bilərlər.

Dolça

Şəxsi müstəvidə yaxınlarınızın rəyini nəzərə almasanız, münaqişədən qaça bilməyəcəksiniz. Yaranan çətinlikləri aradan qaldırarkən hisslərinizin sizi idarə etməsi yolverilməzdir. Həyatınızın bütün sferasında lider olmağa çalışacaqsınız.

Balıqlar
Ətrafınızdakılar sizinlə dil tapmağa nə qədər can atsalar da, sizin neqativ emosiyalarınızla qarşılaşırlar. Nüfuz sahibi bir adamla söhbət edin, onun məsləhətlərini dinləyin. Belə etsəniz, çox uğursuzluğa son qoyarsınız.