24.011.2020
Axtar
Rəhbərlik

Stat: Biz Sahibkarların uğuru, inkişaf etmiş cəmiyyətimizin göstəricisidir. Bu səbəbdən fərdi uğurmuz qədər cəmiyyətin uğuru üçündə çalışmaqdayıq.

Həyatı

Elvin Miribadət oğlu ABBASOV-Visiontv.az internet televiziyanın prezidenti

 1982-ci il iyul ayının 13-də Cəlilabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi 5-ci sinifə qədər Naftalan şəhərində oxumuş, orta təhsilinin qalan hissəsini Türkiyə Respublikasının Trabzon şəhərində bitirmişdir. Türkiyədə  yaşadığı müddətdə Türkiyənin tanınmış şirkətlərində komputer mühəndisi, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir.

2006-cı ildə vətənə qayıdaraq ilk öncə Fərdi Sahibkar olaraq -Fiziki şəxs kimi qeydiyyatdan keçmişdir və daha sonra “İNTERLAND Company” MMC adlı şirkətləri təsis etmişdir. 2009 – 2013 illərdə “Salam Nyus” İA MMC-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013 ildən "Vision TV" MMC şirkətini təsis edib. 2015-ci ildə “Bələdiyyələrin vahid ödəmə sistemi”ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur.

2015-ci ildə “Sərmayənin Milliləşməsi” və eyni zamanda bu sahədə “Milli internet resuslarının yaradılması” fikrini təbliq edərək bu istiqamətdə milli sosial şəbəkəsini yaratmışdır. Milli internet resurslarının ölkə üçün əhəmiyyət kəsb etdiyi barədə sıx-sıx mətbuatda məqalələri yayımlanmışdır.

2017-ci ildən etibarən  “Virtual Azərbaycan Group of Company” MMC şirkətində Direktor vəzifəsinə keçərək IT sahəsində bir neçə uğurlu dövlət layihələrinə imza atmışdır. 2018-ci ildə həmtəsisçilərlə “TimeSoft” MMC-nin Fəaliyyətini başladaraq Azərbaycanda 4 məhsul üzrə internet platformaları yaratma yolunda irəliləmiş və  ilkin nəticələri öz bəhrəsini vermişdir. Ofis Menecment, Agro Menecment, Agro Birja və Agro TV-nin  fəaliyyəti 2019-cu ildən başlamışdır.

Əmək Fəaliyyəti

  • “Art Computer” (1 il mühəndis, daha sonra Tekniki Servis müdiri. Türkiyə, Trabzon 2000–2002 )
  • “Time Bilgisayar” (Təsisçi və direktor. Türkiyə, Trabzon 2002–2005)
  • “Fərdi sahibkarlıq fəaliyyəti” (Azərbaycan Bakı, 2006-davam edir)
  • “INTERLAND COMPANY” MMC (Təsisçi. Azərbaycan Bakı, 2007–2010)
  • “Arvento” (Azərbaycan təmsilçisi, Bakı, 2008–2009)
  • “SalamNews” İA (Direktor. Bakı, Azərbaycan 2009–2012)
  • “Vision TV” MMC – (Təsisçi. Azərbaycan, Bakı 2013 - davam edir)
  • “TUMİB” üzvü və Mətbuat Kordinatoru (Azərbaycan, Bakı, 2014–2016)
  • MyDay” milli sosial şəbəkəsinin yaradıcısı (Azərbaycan, Bakı, 2015)
  • “Bələdiyyələrin Vahid Elektron ödənişi Provayderi”nin yaradıcısı (Azərbaycan, Bakı, 2015)
  • “Azerbaycanın Sesi” Jurnalının Azərbaycan Təmsilçisi (21.03.2016)
  • “Vision of Georgia” (Təsisçi, Gürcüstan, Tiflis, 2017)
  • “Virtual Azerbaijan Group of Companies” MMC (Direktor, Azərbaycan, Bakı, 2017-davam edir)
  • TimeSoft” MMC ( Təsisçi və Direktor, Azərbaycan, Bakı, 2018-davam edir)
  • Gəncə İdman Klubu”-nun vitse-prezidenti (2019)
  • Ciu-citsu” Federasiyanın idarə heyətinin üzvü (2019)
  • Yardimci” Yardimci.az Sosial Yardım Layihəsi (2020)
 

 

 

 

Əliyev Şöhrət Mail oğlu (Şöhrət El-Dəniz)-visiontv.az internet televiziyasının baş redaktoru

     1972-ci ildə Qərbi Azərbaycan Göyçə mahalı Basarkeçər rayonu Qanlı kəndində anadan olub. 1994-cü ildə BDU-nu, 2002-ci ildə isə İsrai Xarici İşlər Nazirliyinin nəzdində fəailiyyət göstərən Beynəlxalq İnsititutu bitirib. Azərbaycan Dövlət Televiziyasında redaktor, “Yeni Azərbaycan” qəzetində siyasət şöbəsinin müdiri, SPACE MTRŞ-da Xəbərlər departamentində redaktor, veriliş müəllifi və aparıcı işləmişdir. “P.S” sosial-siyasi və “Hərb və Sülh” hərbi-siyasi verilişlərinin müəllifi və aparıcısı, “Hər Həftə” analitik proqramının redaktoru, “Nəbz” analitik proqramının prodüseri və aprıcısı olmuşdur. 2006-cı ildən 2013-cü ilə kimi “Azərbaycanfilm” dövlət kinostudiyasında çalışmışdır. 2013-cü ildən indiyə kimi visiontv.az internet televiziyasının baş redaktorudur.

 

 

 

Şərh