Zınqırovlu ilanın istilik sensorları və ya Yer dələsi onları necə aldadır? - VİDEO
13.12.2024

Videoda gördüyünüz zınqırovlu ilan gözləri və burun dəlikləri arasında yerləşən üçbucaq formasında istilik sensorları vasitəsilə ətrafında olan və onun üçün potensial ov sayılan istiqanlı canlıların yerlərini daha yaxşı təyin edə bilir.

Bu ilanların qida rasionuna daxil olan Kaliforniya yer dələləri isə ilanın bu xüsusiyyətindən özlərini qorumaq üçün məharətlə istifadə edirlər. Belə ki, ilanla qarşılaşan dələ quyruğunu dikləşdirərək onu yanlara hərəkət etdirməyə başlayır. Hərəkətdə olan quyruğa daha çox qan gəlir və tez-tez hərəkət edən isti quyruq ilanın istilik sensorlarına böyük və dəhşətli heyvan mənzərəsi olaraq yansıyır. Beləliklə ilan qorxaraq qaçmaq məcburiyyətində qalır.

Quyruq rəqsi olaraq bilinən bu fenomen yer dələləri tərəfindən nəsillərdən nəsillərə ötürülən bir qazanılmış qoruma refleksidir.

 

Neandertal

visiontv.az