“Zəngəzur Azərbaycanın ən təbii haqqıdır”
“Zəngəzur Azərbaycanın ən təbii haqqıdır”
02.06.2023 MEDİA Tərəfindən

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov iki dövlət bir millətin qardaşlığını, siyasi və iqtisadi əlaqələrini, prezident Ərdoğan-İlham Əliyev dostluğunu TRT Xəbər-ə şərh edib: “Biz Azərbaycan və Türkiyə olaraq çiyin-çiyinə, əl-ələ verib, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik...”

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Türk dünyası ilə möhkəm əlaqələr quran Türkiyənin Azərbaycanla strateji müttəfiq olduğunu bildirən Məmmədov deyib:

“İki ölkə hər bir vəziyyətdə maddi və mənəvi cəhətdən bir-birinin yanındadır, bir-birini dəstəkləyir. Biz ölkələrimiz arasında çox dəyərli və çox vacib olan transmilli layihələr həyata keçirmişik. Biz heç kimin inanmadığı Bakı Tiflis Ərzurum, Bakı Tiflis Ceyhanı, Bakı Tiflis Qars Dəmiryolunu, TANAP-ı həyata keçirdik. Prezidentlərimizin idarəçiliyi nəticəsində 30 ilə yaxın işğal altında olan Azərbaycanın Qarabağı Azərbaycana qaytarıldı, ərazi bütövlüyümüz təmin edildi, 1 milyona yaxın məcburi köçgünümüz öz torpaqlarına qayıtmaq imkanı qazandı. 

Türkiyə ilə Azərbaycanı Zəngəzur dəhlizi birləşdirəcək. Bu dəhlizlə bağlı işlər sürətlə davam edir və yavaş-yavaş sona yaxınlaşır.
Zəngəzur bizim ən təbii haqqımızdır. O, 1920-ci ildə Sovet İttifaqı dövründə əlimizdən alınmış, Ermənistana verilmiş və Türkiyənin Azərbaycan sərhədində sədd çəkilmiş, blokadaya salınmış bir torpaqdır. 

Zəngəzur dəhlizi ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometrə qədər azalacaq. Bu, Türkiyənin Asiya ilə ticarət əlaqəsi üçün də vacibdir. Türkiyə şərqlə qərb arasında əlaqəsini quracaq.”

Azerbaycan'ın Ankara Büyükelçisi Reşad Mammadov, Türkiye-Azerbaycan  ilişkilerini değerlendirdi - Avrasya'dan - Haber - TRT Avaz

İlahə Əliyeva