Zelenski Türkiyədə Ukrayna üçün inşa edilən hərbi gəmiyə “Hetman İvan Mazepa” adını verib
Zelenski Türkiyədə Ukrayna üçün inşa edilən hərbi gəmiyə  “Hetman İvan Mazepa” adını verib
18.08.2022 MEDİA Tərəfindən

Prezident Vladimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa edilən "Ada" sinifli korvetə “Getman İvan Mazepa” adını verib.

Bu barədə RBC-Ukrayna prezidentin saytında dərc olunmuş müvafiq sərəncama istinadən xəbər verir.

“Milli ordunun tarixi ənənələrini bərpa etmək, görkəmli Ukrayna dövlət xadimi, Zaporojya ordusunun Getmanının xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram: Ada dərəcəli korvetə Getman İvan Mazepanın adı verilsin. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri bundan sonra bu korvetin adını İvan Mazepa qoyacaqlar”, - sənəddə deyilir.

Ada korveti haqqında nə məlumdur
Ukrayna korveti üçün 2021-ci ilin yanvarında işlərə başlanılıb, polad kəsilib və bölmələr formalaşdırılıb. 2021-ci ilin sentyabrında Türkiyədə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün Ada sinifli gəminin təməli qoyuldu. O vaxta qədər gəminin 13 seksiyası və omurgası artıq formalaşmışdı.

visiontv.az