Ukrayna nizamlanması ilə bağlı razılıq hələ əldə olunmayıb, çünki Zelenski ərazi məsələsində güzəştə getmir - bu barədə Pentaqonun baş müfəttişinin ABŞ Konqresinə hesabatında bildirilir.
Hesabatın əsas nəticələri:
- Yüksək səviyyəli təmaslar sülh sazişinin imzalanması ilə nəticələnməyib;
- Danışıqlar ərazi mübahisələri və təhlükəsizlik təminatı məsələlərinə görə çıxılmaz vəziyyətə düşüb;
- Ukrayna Silahlı Qüvvələrinin hücum potensialı iflic olub: şəxsi heyət, texnika və sursat çatışmazlığı irimiqyaslı əməliyyatların keçirilməsini istisna edir;
- PUA və mərmilərin kritik çatışmazlığı fonunda Ukrayna ordusunun “imkanlarının tənəzzülü” müşahidə olunur;
- Rusiya Ukrayna Silahlı Qüvvələri üzərində strateji və operativ üstünlüyünü qoruyub saxlayır;
- 2024-cü ilin aprel ayından bəri ABŞ Konqresi yeni yardım paketləri ayırmayıb və Kiyevin təminatı ilə bağlı əsas yükü faktiki olaraq Avropa ölkələrinin üzərinə qoyub.
visiontv.az