“Zaminbank”ın ASC-nin sədri həbs edilib
01.07.2020

“Zaminbank”ın ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

Visiontv.az-ın əldə etdiyi məlumata görə, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya Qarşı Mübarizə əməldaşları bankın sahibini saxlayıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarıb.

N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.