Zahidanda etnik bəluç edam edildi
21.07.2024

Zahidan şəhərinin mərkəzi həbsxanasında sünni məzhəbli etnik bəluc edam edilib.

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, İdris Cəmşidzehi adlı məhkum yarım hərbi "Bəsic" qüvvələrinin üzvünü öldürməkdə günahlandırılıb.

Bununla yanaşı Xurrəmabad şəhərində də iki məhbus edam qabağı hazırlıq üçün təkadamlıq kametaya köçürülüb.

Qeyd edək ki, caril ilin ilk 6 ayı ərzində İranda 283 məhkum edam edilib. 

visiontv.az