Yüzlərlə iranlı miqrant ABŞ-dən qovulacaq
17.02.2025

ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmana əsasən başqa ölkələrdən olan qanunsuz miqrantlarla yanaşı yüzlərlə iranlı miqrantda bu ölkədən qovulacaq.

Məlumatlara görə, ABŞ-dən deportasiya olunacaq miqrantların sayı 2 min 618 nəfərdir.

Məsələ ilə bağlı açıqlama verən İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl ABŞ-dən çıxarlan iranlıların ölkəyə qayıtmalarında problem olmadığını iddia edib.

O, ABŞ-də mühacirlərə, o cümlədən bəzi İran vətəndaşlarına qarşı yersiz və alçaldıcı rəftarını pisləyərək, bunu “əsassız, insan hüquqları standartlarına zidd” adlandırıb.

Qeyd edək ki, iranlıların əksəriyyəti ölkədə fərd və siyasi azadlıqların olmaması, repressyalardan yayınmaq və iqtisadi problemlər səbəbindən ABŞ-ə mühacirət ediblər.

visiontv.az