Yüz milyon insan su altında qala bilər-DƏHŞƏTLİ XƏBƏRDARLIQ
30.10.2019

Bu barədə "Nature" jurnalı geniş məqalə dərc edib.

Bu gün dünyada bir milyarddan çox insan dəniz səviyyəsindən 10 metr hündürdə yaşayır. Onların dörddə birinin yaşadığı ərazi dəniz səviyyəsindən cəmi 1 metr hündürdədir.VisionTV.az-ın məlumatına əsasən, bu insanlar üçün qorxunc proqnoz üzə çıxıb.

Bu barədə "Nature" jurnalı geniş məqalə dərc edib. Məlum olub ki, yaxın bir neçə onillik ərzində bu insanlar evlərini tərk etmək məcburiyyətində qalacaqlar.
Alimlərin fikrinə görə, əgər atmosferə atılan istixana qazlarının qarşısı alınmasa, XXI əsrin sonuna doğru Dünya okeanının səviyyəsi 50 sm qalaxacaq. Ən pis halda isə 2 metr arta bilər. Bu zaman isə yüz milyonlarla insanın yaşadığı ərazilər su altında qalacaq.

Proqnoza əsasən, 2100-cü ildə 200 milyon insanın yaşadığı ərazi dəniz səviyyəsindən aşağıda qalacaq. Daha çox təhlükə Çin, Banqladeş, Hindistan, Vyetnam, İndoneziya, Tayland, Filippin və Yaponiyanın 150 milyon insan yaşadığı ərazilərini gözləyir.