Yunanıstanla Türkiyə arasında hərbi toqquşma qapıdadır
Yunanıstanla Türkiyə arasında hərbi toqquşma qapıdadır
03.10.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Yunanıstanın Türkiyə sahillərinə yaxın adalarını silahlandirması, Egey dənizində yeni hərbi toqquşmanı tətikləyir. Lozanna müqaviləsinə görə Egey dənizində adalar silahlsızlaşdırılmalı və hərbi məqsədlər üçün istifadə edilməməlidir. Amma, Afina ABŞ -ın verdiyi silahları Türkiyənin təhlükəsizliyini təhdid edəcək səviyyədə adalarda yerləşdirir. F-16 qırıcı təyyarələri, tank və artilleriya vasitələri, hərbiçiləri Türkiyəyə yönəlmiş vəziyyətdədirlər.

İki NATO ölkəsinin qarşı -qarşıya gəlməsi Qərb blokunda parçalanmaya gətirə bilər. Görünür, Vaşinqton bu kimi vasitələrlə Türkiyəni NATO -dan uzaqlaşdırmağa çalışır. Artıq ABŞ-ın maraqlarını və NATO -nun cənub cinahında, Yaxın Şərqdə Türkiyə deyil, Yunanıstan əvəz edəcək. Yunanıstanın bu dərəcədə silahlandırılmasi Aralıq dənizində qaz yataqları uğurunda savaşın tərkib hissəsidir. Qərb Türkiyənin Aralıq dənizinin karbohidrogen ehtiyatlarına sahib olmasını istəmir və maksimum təzyiq edib, Ankaranı prosesdən uzaqlaşdirmağa çalışırlar.

Yeni geosiyasi nizamda ABŞ Türkiyə müttəfiqliyi mümkün görünmür. Qeyd edim ki, Türkiyədə gələn il keçiriləcək seçkilərdə R. T. Ərdoğanın qələbə əldə edəcəyi mümkündür. Məhz ABŞ və Almaniyanın Yunanıstanı silahlandırmaqla yeni müharibəyə sövq edirlər.

Türkiyənin müstəqil siyasəti və BMT Təhlükəsizlik Şurasına daimi üzv olmaq istəyi Vaşinqton üçün qəbul edilmir. Ona görə də hədəfə Türkiyə qoyulub. Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti ilə Egey dənizində sular istiləşəcək. Yunanıstanın Türkiyəyə hücumu Afinanın məğlub olmasi və adaların Türkiyənin nəzarətinə keçməsi mümkündür. Nəticədə, NATO parçalanaraq yerində Avropanın yeni hərbi ordusu yaradıla bilər. Vaşinqtonun Türkiyə siyasəti isə, müsbət nəticə verməyəcək. Ağ Ev tərəfindən Türkiyəyə silah satışına embarqo qoyulması, Ankaranın Yunanıstan qarşısında müdafiə imkanlarının zəifləməsinə hesablanıb.

Siyasi ekspert Məhəmməd Əsədullazadə

visiontv.az