Yunanıstan Türkiyə ilə sərhədinə xaç yerləşdirdi - FOTO
21.09.2020

Şərqi Aralıq dənizi və Egey dənizində Türkiyənin hüquqlarını pozan və Türkiyəni təhdid edən Yunanıstan təxribatlara davam edir.

Visiontv.az xəbər verir ki, Yunanıstan indi də Türkiyə ilə sərhədinə ən yaxın nöqtəsində nəhəng bir xaç yüksəldib. Hadisə mətbuatda "Sərhəddə xidmət edən əsgərlərimizi qoruyacaq olan bu xaç eyni zamanda pravoslav Yunanıstanın haradan başladığını da Türkiyəyə xatırladacaq", - ifadələrii lə yer alıb. 

Gecə də görüləcək şəkildə işıqlandırılan xaç Türkiyənin Ədirnə bölgəsindən və sərhədə yaxın bölgələrdən asanlıqla görünür.