YERLİ SELEKSİYAYA YENİ NÖV ALMA DAXİL EDİLİB
09.04.2019

Aqrar Elm və İnnovasiya Mərkəzinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yeni elmi nəticə əldə olunub. Alimlər tərəfindən qışlıq “Qırmızı Cibir x Əyyubi” sortlarının tozlandırılmasından yeni sort alınıb.

Yeni sort “Sədəf” adlandırılıb. “Sədəf” qışlıq sortdur. Ağacı orta boylu, çətiri tərs piramida formasındadır. Hündürboylu calaqaltı üzərində 4-5 yaşında, vegetativ  yolla artırılan calaqaltılar üzərində isə 2-3 yaşında  məhsul verməyə başlayır. Sortun orta məhsuldarlığı hektardan 280-350 sentiner təşkil edir.

Meyvəsinin  orta kütləsi 155-170 qram olub əsas rəngi  sarımtıl-qırmızı, örtücü rəngi al qırmızı, ləti sarımtıl və şirəli, tamı turş-şirindir. Süfrə və sənaye əhəmiyyətlidir. Dequstasiya qiyməti 5 bal olan “Sədəf” qışlıq sortunu adi otaq şəraitində mart ayına kimi saxlamaq mümkündür. Tərkibində 9,5% quru maddə, 8,3% şəkər, 0,51% turşuluq, 5,41 mq/% “C” vitamini var.  Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.  Tozlayıcı  sortları – “Qolden Delişes” və “Starkrimson” sortlarıdır.

İntensiv və superintensiv tipli meyvə bağlarının əkilməsi üçün yararlı sortlardan biri hesab olunur. 

agro.gov.az