18.08.2019
Axtar
Gündəlik
alt

Yeniyetmənin məktəbini, müəllimini, yaşayış yerini dəyişmək nələrə səbəb olar?-ARAŞDIRMA

Son dövrlər məhz yeniyetmələrin həyatında mənfi mənada baş verən hadisələrlə doludur. Xüsusən də məktəbli yeniyetmələr  gah bir- birinə xəsarət yetirmə, evdən qaçıb getmək və hamımıza məlum olan intihar halı ilə məşhurlaşır. Adından göründüyü kimi yeniyetməlik bir keçid dövrü olduğundan bu kimi halların olması yəni ki, dolayısıyla baş verməsi halı qaçılmazdır. Amma ki, nədənsə sosial həyatımızda bu gün bu kimi hallar daha çox incələşıb, lap hədəqədən çıxıb. Səbəb bəlli deyil. Psixoloqlar bir çox məsələlərdə fakt olaraq şagirdin  belə hallara müraciət edəcəyinə həssas yanaşsalar da dəyişilməyən səbəblər  var ki, onlardan danışmamaq mümkünsüzdür. Məsələn elə evini dəyişdirmə, məktəblinin məktəbini yaşayış yerinə və ya müəyyən səbəbə görə dəyişmə kimi səbəblər də buna daxildir.  Bəs əslində bunlar adını çəkdiyimiz məktəbli həyatında nə dərəcədə təsir obyektidir və məktəbliyə nə qədər təsir edir? Sual doğuran məqamlardandır. Araşdırmaq və psixoloq rəyini öyrənməkdə fayda var. Müsahibimiz psixoloq Ceyran Həsənlidir.

-Gənclər üçün yeniyetməliyi necə xarakterizə edə bilərik?

-Ümumiyyətlə yeniyetməlik dövrü insan həyatında olan keçid dövrlərindən ən mürəkkəbidir. Çünki, demək olar ki, insan yeniyetməlikdə bir şəxsiyyət olaraq formalaşır və sosial ünsiyyəti, sosiallaşması yeniyetmənin həyatının ən vacib hissəsidir. Dostluq münasibətləri və sevgi münasibətləri yeniyetmə həyatında bu iki sfera ən vacib sferalarıdır. Onların sosiallaşması demək olar ki, əsasən,  məktəbdə baş verdiyi üçün məktəb onlar üçün çox böyük əhəmiyyət kəsb edir.  Məhz buna görə də  demək olar ki, yeniyetməlikdə rast gəlinən ən çox, üzdə olan problemlər dostlarla ünsiyyət problemləri, sevgi problemləri olur.

-Ən çox hansı problemlərlə sizə müraciətlər daxil olunur?

- Ən çox aqressiya ilə bağlı valideynlər müraciət edir. Bütün bunların kökündə isə əsasən özünə güvənsizlik problemi durur.Yaxud da tərbiyyə prosesi düzgün qurulmadığı üçün başqa məqamlar da ola bilər. Doğru olmayan ünsiyyətin formalaşması ailədə hər hansı problemin yaşanması ilə bağlı uşaqlarda aqressiyanın çox olması  və yaxud əksinə həddindən artıq uşağın qayğısı çəkildiyi üçün hiperqayğı olduğu üçün eqoistlik, özündənrazılıq kimi görünür. Amma əslində bunun da kökündə özünəgüvənsizlik durur. Sevgi asılılıqları, ünsiyyət problemləri,  aqressiya, özünəgüvənsizlik, , həyacan pozuntuları  yeniyetməlikdə ən çox rast gəlinən problemlərdir.

- Nə zaman başlamalı problemin həllinə?

- Problemlər yeniyetməlik dövründə həll olunarsa,  demək olar ki, onların həyatına çox böyük xeyir gətirmiş oluruq. Şəxsiyyət formalaşdığı üçün,bu problemlər tez həll olunarsa tezliklə onlar cəmiyyətə çox gözəl formada adaptasiya olunarlar və şəxsiyyət də  doğru formalaşar. Əksinə yeniyetməlik dövründə həll olunmursa,  bərkiyirsə bu problemlər gələcəkdə onların həlli demək olar ki,  xeyli artıq enerji və vaxt tələb edər.

-Qeyd edilir ki,müəllimlərin dəyişilməsi  də yeniyetmə psixologiyasında müəyyən dərəcədə rol oynayır.  Yanaşmanızı bilmək maraqlıdır.

-Müəllimlərlə valideynlərin əlaqəsi yeniyetmələrin həyatının  ən vacib bir hissəsidir. Əsas iki mühit yeniyetmənin həyatında bir- birindən xəbərdar olarsa,  əlaqəli olarsa, bir- birinə köməkli şəkildə  fəaliyyət göstərərsə  çox mükəmməl bir iş ortaya çıxmış olar. Valideynlərin bəzən məktəbin üzərinə getmələri doğru deyil.  Aydın məsələdir ki məktəblinin həyatında  məktəbin də çox böyük rolu var, amma evin də rolu  danılmazdır. Hər iki tərəf öz məsuliyyətini anlamalıdır,  yenə də nə olursa olsun  valideyn bir dəqiqə də olsun övladını gözdən qoymamalıdır. Müəllimlərin də çox diqqətli olmaları tələb olunur ki, uşaqlarda olan xırda da olsa nəzərə çarpacaq narahatliqları  tez bir zamanda müşahidə edib valideynlərlə əlaqə saxlaya bilsinlər. Bir  yeniyetmənin şəxsiyyəti əsasən ailədə formalaşdığı üçün mənəvi keyfiyyətlər də valideynlər tərəfindən formalaşdırılır və  ən böyük məsuliyyət əlbəttə ki, valideynin üzərinə düşür. Valideyn də hər zaman məktəbdən xəbərdar olmalıdır,  bu əlaqəni qırmağa qoymamalıdır. Bir çox şeyləri valideyn görməyə bilər  amma məktəb görə bilir.

-Gəldik sualımızın ən əsas məqamına, məktəblinin yəni ki, yeniyetmənin məktəbinin dəyişilməsi məsələsinə. Nə qədər əhəmiyyətli olduğunu hər birimiz bilirik təbii ki. Ən azından baş verən hadisələrdə əsas səbəblərdən biri kimi bu məqamın olması danılmazdır. Necə dəyərləndirirsiniz bunu?

-Yeniyetmənin həyatında xüsusi dəyişikliklərin olmasının onun həyatına təsiri böyükdür. Xüsusi dəyişikliklər nədir? Əlbəttə ki, məktəbin dəyişməsi, evin dəyişməsi, müəllimin dəyişməsi. Bunların ən önəmlisi məktəbin dəyişilməsidir. Dediyimiz kimi uşaqların həyatının böyük hissəsinin orada keçdiyi üçün məktəbin dəyişilməsi  uşaqlar üçün daha çox travmatik ola bilər. İmkan olduğu təqdirdə,  heç məsləhət görülmür  yeniyetmənin məktəbi dəyişdirilsin. Çünki,  yeniyetmə emosional dövrünü yaşayır,  həssas olurlar çox, dostluqlar qurulur, münasibətlər qurulur və birdən- birə təmamilə bu mühitin dəyişməsi onlara xüsusilə də emosional cəhətdən  həssas yeniyetmələr qrupu var ki, bu xarakter qrupu ilə əlaqəli bir şeydir, onlar üçün ikiqat travmatik ola bilər. Nevrotik əlamətlər, həyəcan pozuntuları müşahidə oluna bilər belə uşaqlarda. Ona görə də həmişə məsləhət görülür ki yeniyetmə valideynlərinə çox vacib səbəb yoxdursa,  ev dəyişilibsə də belə yenə mümkündürsə  yeniyetmə köhnə məktəbində qalsın. Yeniyetmənin məktəbini dəyişmək ən sonda atılacaq addımdır. Evini dəyişməsi hardasa təsir edə bilər. Çünki, qonşuluqdakı dostluqlar onların da təsiri var ki, bu da uşaqların həyatında rol oynayır. Ona görə də məsləhətdir ki, ya yeniyetməliyə girməmiş bu dəyişikliklər olsun.   Bu ya 11-12 yaşınadək olsun,  yada ki 16-17 yaşından sonra olsun.

-Müəllimlərin dəyişilməsi necə nəzərə alınmalıdır?

- Müəllimlər pedaqoq kimi öz işlərin  yaxşı bilsələr müəlimləri dəyişilməsi çox təhlükəli olmaz. Ancaq müəyyən bir hallar yaşanırsa uşaqda müəllim dəyişəndən sonra əlbəttə ki, fikir vermək lazımdır  nə baş verir. Bir də müəllimlərin yanaşması var. Yəni yaxşı müəllim təmamilə ciddi, təmamilə yumşaq  rəftar eləmək demək deyil. Yaxşı müəllim pedaqoq, psixoloq,uşağa oz fərdi xüsusiyyətlərinə görə davranandı. Elə uşaqlar var ki, onlarla sərt danışanda özlərini toparlayırlar, istər davranışlarına nəzarət eliyirlər, istərsə də dərslərinə. Elə uşaqlar da var ki, onlarla xüsusu nəvazişlə danışanda onlar özlərini toparlayırlar. Ona görə də deyərdim ki, müəllimin dəyişməsi deyil , müəlllimin yanaşması problem yarada bilər uşaqda.

-Hansı hallarla mübarizə aparmaq sizə çətinlik yaradır?

-Mənə olunan müraciətlərdə, tez-tez  rastlaşdığım problemlər yeniyetməlik dövründə özünəinamsızlıq, utancaqlıq, çəkingənlik, aqressiya hallarıdır. Bunun da ki, səbəbi deyərdim ki, ailədə tərbiyyə prosesindən asılıdır. Həddindən artıq avtoritar ailələrdə, təzyiq göstərən ailələrdə aqressiya da əmələ gələ bilər, özünəqapanma da . Əgər emosional həssas uşaqdırsa özünə qapanacaq, digər halda isə aqressiya əmələ gələcək. Əslində aqressiyanın əmələ gəlməsi, özünəqapanmanın əmələgəlməsindən daha rahat hal sayılır. Çünki, ən az uşağın sözünü deməyə  əzmi qalıbsa,  o uşağı ayağa qaldırmaq bir şəxsiyyət kimi daha asan olur. Nəinki, artıq qapanmış uşağın özgüvənini qaldırmaq xeyli çətinlik yaradır bizim üçün. Bizim cəmiyyətdə ən çox iki ailə modeli mövcuddur.  Əslində bildiyimiz kimi 4-5 ailə modeli var.  Amma bizim cəmiyyətdə ən çox mövcud olan avtoritar yəni təzyiq edən ailələr və hiperqayğı göstərən, aşırı qayğı göstərən ailələrdir ki,  bunların da uşaqlarında yenə də özünəgüvənsizlik,  böyüklərin və yaxudda yanında kömək edən bir adamın olmaması təqdirində problemlərin öhdəsindən gəlməkdə çətinlik çəkmək, ünsiyyət problemləri.  Çünki, bu uşaqlar  hər zaman bu qayğını ətrafdan gözləyirlər. Aşırı qayğıya alışmış uşaqlarda bir az eqosistlik yaranır,  və orda da ünsiyyət problemi yaranır. Çünki, biz uşağımızın qayğısına qaldığımız qədər cəmiyyət onun qayğısına qalmaq məcburiyyətində deyil. Ona görə də bu aşırı qayğıya uşaqları alışdırmaq uşaqları gücsüzləşdirmək deməkdir.

-Son olaraq valideynlərə tövsiyyələriniz nə olardı?

-Son olaraq deyərdim ki,  yaxşı valideyn olmaq övladı üçün hər şey eləmək demek deyil. Övladını həyata hazırlamaq və övladını ondan ayrı yaşamağa alışdırmaq deməkdir. Yeniyetməlik dövründə həm psixoloji,  həm qarmonal, fizioloji,  dəyişikliklər baş verir. Hədsiz qarışıq dövrdür. Həm uşağın mənəvi cəhətdən,  narahatlıqları, qorxuları, olur. Ona görə də hisslər çox üzdə olur, məntiq azalır,  hisslərlə hərəkət edirlər,  ona görə də yeniyetməlik dövrü çox önəmli dövrdur,  Nəinki, valideynlər, məktəb hər kəs yeniyetməyə qarşı diqqətli olmalıdır. Dəliqanlılıq dövrü boşa deyilmir. Çünki, yeniyetməlik dövründə qanın dövranı bir az sürətlənir. Hətta türk ədəbiyyatlarında  yeniyetməlik dövrlərinə şizoftenik donəm də deyiilir. Quranda dəlilik adlandırılır yeniyetməlik. Yeniyetməyə nəzarət bir za məsafəli olmalıdır. Biz öz aləmimizdə ona diqqət yetirməliyik, ama o bunu basqı şəklində hiss eləməməlidir. Ümumiyyətlə yeniyetməni nə boşuna buraxmaq olmaz, nə də  təzyiq altında saxlamaq olmaz. Məsafəli nəzarət olmalıdır yeniyetmələrə.

Müsahibə üçün təşəkkürlər!

 

visiontv.az        Şəlalə Babayeva

Şərh yazın