Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadəsi üçün pilotsuz təyyarələrin istehsalı və tədarükü ilə məşğul olan İran İslam Respublikasına bağlı şəxslərə və qurumlara sanksiya tətbiq edilib.
Bu barədə Yeni Zellandiyanın xarici işlər naziri Uinston Petersin yaydığı bəyanatda deyilib.
Bəyantda üç iranlı fiziki şəxs və dörd İran qurumunun sanksiyalara məruz qaldığı bildirilib.
Adları sanksiyalar siyahısına salınan qurumlar arasında başqa adlar altında fəaliyyət göstərən SEPAH-a bağlı şirkətlərin də adı var.
visiontv.az