Yeni sayt 5 saniyə ərzində şəkildəki fonu siləcək
22.12.2018

Yeni sayt 5 saniyə ərzində şəkildəki fonu siləcək

Şəkildəki arxa fonu bir neçə saniyə ərzində silən "Remove.bg" saytı istifadəyə verilib. "Photoshop" proqramından istifadə etmək istəməyən istifadəçilər, sadəcə, şəkli sayta yükləyir və süni intellekt alqoritmləri fonu silir.
 
Visiontv.Az ICTnews-a istinadən bildirir ki, bu proses təxminən 5 saniyə çəkir. Ödənişsiz əsasda işləyən sayt şəkildəki mərkəzi obyekti avtomatik müəyyənləşdirərək onu şəffaf fona malik PNG formatında istifadəçiyə təqdim edir.
 
Tərtibatçıların sözlərinə görə, xidmət hələ ki yalnız insanı və sifəti tanıyır, çünki süni intellekt alqoritmləri belə öyrədilib.
 
"Remove.bg" saytına istənilən ölçüdə şəkil yükləmək mümkündür, amma çıxışda 500x500 piksel ölçülü şəkil təqdim olunur. Tərtibatçılar gələcəkdə bu limiti artırmağa dair söz veriblər.