Yeni metro qatarında problem: sərnişinlər boşaldılıb
12.07.2019

Bakı metrosunda qatarda problem yaranıb, sərnişinlər boşaldılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu gün səhər saatlarında “Dərnəgül” - “Həzi Aslanov” xətti istiqamətində hərəkətdə olan qatarda texniki problem yaşanıb:

“Hadisə ötən yay gətirilən yeni qatarlardan birində baş verib. “İnşaatçılar” stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Təhlükəsizlik məqsədilə sərnişinlər boşaldılıb.

Məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb. Qatardakı problem aradan qaldırılıb və qatar yoluna davam edib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5-7 dəqiqə fasilə yaranıb”.