Yəhudilərlə dost olmaq Amerikada da bizim işimizə yarayır - Elbəyi Həsənli
Yəhudilərlə dost olmaq Amerikada da bizim işimizə yarayır - Elbəyi Həsənli
07.04.2021 Elbəyi Həsənli Tərəfindən

ABŞ-ın həftəlik "Time" jurnalında " Azerbaijan Is an Oasis of Tolerance in the Middle East" (Azərbaycan Yaxın Şərqdə tolerantlıq vahəsidir) adlı məqalə gedib. İsrailli diplomat deyir: "İsveçdə küçədə kippa (yəhudi baş örtüyü) ilə getməkdən çəkinərdim, amma Azərbaycanda yox. Yəhudi olduğuna görə Azərbaycanda heç kim sənə çətin anlar yaşatmayacaq".

Belə yazılar Amerikada fəaliyyət göstərən erməni lobbisinin belini qırır. Ermənilər sübut etməyə çalışırlar ki, azərbaycanlılar aqressiv xalqdır, ermənilərin qanını içməyə hazırdılar. Bu yandan da "Time" tamam başqa şey deyir. Ümumiyyətlə, Qərb mətbuatında bu kimi yazılar tez-tez gedir.

Əlbəttə, biz İsrail ilə dost olmasaydıq ABŞ-dakı yəhudi mərkəzləri Azərbaycanı belə müdafiə etməzdi. Yəni, yəhudilərlə dost olmaq Amerikada da bizim işimizə yarayır.

Azərbaycan isə doğrudan da tolerant ölkədir. Bu günlərdə Britaniya mətbuatında isə belə bir şey oxudum. Deyirdilər ki, İranda bir dənə də olsun sünni məscidi yoxdur, Səudiyyə Ərəbistanında da şiələrə zülm edirlər. Azərbaycanda isə şiələrlə sünnilər arasında heç bir ziddiyyət yoxdur və onlar bir yerdə namaz qılırlar...

Azərbaycanda mövcud olan bu tolerantlığı qoruyub saxlamalıyıq. Bu, bizim xalımızın ən böyük nailiyyətlərindən biridir. Və bu keyfiyyət mədəni dünya tərəfindən ayaq üstə alqışlanır...

Visiontv.az