Prezident təqaüdçüsü, “Qızıl Qələm” Media mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Həsənzadə, ölkəmizin tarixi Zəfəri, qəhrəmanları və Azərbaycan-Türkiyə dostluğunun təbliği istiqamətində həyata keçirdiyi mühüm layihələr və yaradıcılığı böyük qürur mənbəyidir.
“Vətən Uğrunda” və “Mən Şəhid Olacam, Ana” kitabları, həmçinin hazırladığı “Şuşa – Zəfərin Zirvəsi” adlı ədəbi-bədii kompozisiya, Azərbaycan xalqının qəhrəmanlıq tarixini yaşatmaq və gələcək nəsillərə çatdırmaq baxımından dəyərli töhfələrdir. Layihələri həm ölkəmizdə, həm də qardaş Türkiyədə yüksək qiymətləndirilməsi, müxtəlif mükafat və fəxri adlarla təltif olunmağı bunun bariz nümunəsidir.
visiontv.az