21.011.2019
Axtar
Gündəlik
alt

Yaz aylarında necə QİDALANMALI?

Bu mövsümdə ehtiyacımız olan VİTAMIN DEPOSU- nu sizə təqdim edirik

Artıq  yaz ayıdır. Günlər uzanıb, hava isinir. Sözsüz ki, təbiətdə olan dəyişiklik orqanizmimizə də  təsir edir.

Dietoloqların sözlərinə görə  qışda melatonin adlanan yuxu hormonunun çoxalması səbəbindən seratonin, yəni xoşbəxtlik hormonu azalır. Bu zaman isə insan yatmaq istəyir, bir çoxları halsızlıq, yuxusuzluq yaşayır, hətta depressiyaya düşür. Yazda isə  xoşbəxtlik hormonunun artması ilə əlaqədar insanlar gülməyə, sevinməyə, özünü xoşbəxt hiss etməyə köklənir. Qışdan yaza çıxan adamın metobalizmasında da dəyişiklik olur.

Dietoloqların sözlərinə görə insanlar daha çox B qrup vitaminləri qəbul etməlidirlər. "B qrup vitaminlərini əsasən dənli bitkilərdən əldə edə bilərik. B qrup vitaminləir qəbul edərkən insanlar özlərini xoşbəxt hiss edir. Həmin insanlarda yaranan gərginliklərin aradan qalxmasını da müşahidə etmək də olur.

 Yaz  bilirik ki,  meyvə-tərəvəzlərlə zəngin olan bir fəsildir. Yeni yetişmiş meyvə- tərəvəzin tərkibində olan vitaminlər orqanizm  üçün əhəmiyyətlidir.

Həkimlərin sözlərinə görə yaz aylarında maye itkisi çox olur. Bunun qarşısını almaq üçün bol miqdarda maye qəbul etməli və meyvə- tərəvəzlərlə gündəlik qida rasionunuzu zənginləşdirməliyik.

Bu aylarında ağır yeməklərdən qaçmaq lazımdır. Gecə gec saatlarda yemək yemək məsləhət görülmür. Axşamları maddələr mübadiləsi normadan daha yavaş işlədiyi üçün qidalar çətin yandırılır.

Məlumdur ki, hər birimiz yaz aylarında vitamin çatışmamazlığı kimi problemlə rastlaşmışıq. Bu mövsümdə dərimiz quru, saçımız qidasız, dırnaqlarımızda hətta belə bəzi xoşagəlməz xəstəliklər yaranır. Bunun qarşısınıı almağın ən gözəl yolu bu aylarda  C,D,B1,B2 umumilikdə B qrupu vitaminləri və təbii ki E vitamini qəbul edilməkdir. Vitaminlərlə zəngin qidaların siyahısını sizə təqim edirik.

C vitamini- infeksiyalarla mübarizə aparan ən vacib “yaz vitamini”sayılır. Bu vitamin ən çox sitrus meyvələri, itburnu, göyərti, bolqar istiotu,alma, çiyələk, kartof,gül kələmində zəngin olur.

D vitamini-   balıq yağı, kürü, yumurtanın sarısı, ciyər, kərə yağı, xama və südün tərkibində vardır. 

A vitamini- gözlər üçün çox xeyirli olan bu vitamin kök, balqabaq, pomidor, qırmızı istiot, qarğıdalı, şəftəlidə var.

 

B1 vitamini- bu vitamin sinir siteminin funksiyasına cavab verib, maddələr mübadiləsində iştirak edir.Yüksək sortlu buğda unu, çörək məmulatları, qarabaşaq, düyü, maya, yumurta sarısı, qoz, paxlalılar və mal ətindinə var.

E vitamin- cavanlıq vitamini adlandırılaraq, əzələ funksiyasına cavabdeh sayılır. Daha çox bu vitaminə bitki yağları, yumurta sarısı, itburnu və göyərtidə rast gəlinir.

Saglamlığınızın fəsildən asılı olmayaraq hər zaman qorunması diləyilə  visiontv.az

Şərh