Yaz Allergiyası POLLİNOZLA mübarizə
11.04.2019

Diqqət-Alimlər VİTAMİNLƏRi tövsiyyə edir!

Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, Ən çox yayılmış təsiredici amillər sırasında – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Həmçinin yüzlərcə digər allergen adlandırılan amillər vardır ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpk, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir.

 

Yaz Allergiyası

Bitki tozu allergiyası Pollinoz adlanır. Yaz mövsümü üçün xarakterikdir. Güllərə, çiçəklər, bəzi ağaclara, otlara, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi özünü göstərir. Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır.

 

Müalicəsi

Laborator analizlər vasitəsilə allergiyanı törədən allergen aşkar olunur. Daha sonra aşkar olunmuş allergena qarşı antiallergenlərlə mübarizə aparılır. Müalicə dərman preparatları ilə mütləq şəkildə aparılır.

 

Vitaminlərin müalicədə təsiri danilmazdır

 

Alimlər hesab edir ki, allergiya zamanı, xüsusilə də çiçəklərə, güllərə qarşı vitamin kompleksili ilə mübarizə aparmaq daha effektli nəticələrə gətirib çıxarır.

Vitamin A - nın istifadəsi hətta ağır allergik reaksiyalarda kömək edir.

 Vitamin B6 - antitel əmələ gətirən fermentləri aktivləşdirir.

 Vitamin B5 - Autoimmun proseslər zamanı iltihab əleyhinə təsir göstərir.

 Vitamin C - Digər antioksidantların təsirini gücləndirən antioksidantdır.

 Nikotin turşusu - Bu vitaminin defisiti zamanı orqanizmin infeksiyalara qarşı davamlılığı aşağı düşür.

 

* Unutmayın ki, allergiyanın müalicəsi zamanı dərmanlar mütləq həkim tərəfindən təyin edilməlidir !