Yataqxanadakı zəhərlənmənin səbəbi qida deyilmiş - RƏSMİ
04.12.2019

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbənin qidadan zəhərlənməsi ilə bağlı açıqlama verib.

Visiontv.az qafqazinfo-ya istinadən xəbər verir ki, sədr jurnalistlərin suallarını cavablandıran zaman bildirib ki, ölümə səbəb qida mənşəli zəhərlənmə yox, toksik zəhərlənmədir: "Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmiş qızlarla bağlı hazırda cinayət işi aparılır. Sonda agentlik ümumi açıqlama verəcək. KİV-də bu barədə bir sıra yanlış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi kimi qələmə verməyə çalışdılar". 

Xatırladaq ki, noyabrın 11-də Bakı Dövlət Universitetinin 2 №-li yataqxanasında 3 tələbə qız zəhərlənmişdi. Onlardan biri dünyasını dəyişib.

O qeyd edib ki, Azərbaycan dünyada qida təhlükəsizliyi indeksinə görə ən yüksək pillələrdən birini tutur: