"YAŞAT" : Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq
"YAŞAT" : Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq
26.02.2021 YAŞAT Fondu Tərəfindən

"Türkiyədən ölkəmizə bir qrup həkimlər dəvət olunmuşdu. Həmin həkim heyətinin tərkibində ortoped, travmatoloq, ümumi cərrah, beyin cərrahı və digər ixtisaslı həkimlər var idi. Onlar üç gün ərzində bizim tibb müəssisələrində ağır vəziyyətdə olan qaziləri müayinə ediblər". Bunu APA-ya açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, müayinələrin nəticəsinə uyğun olaraq əgər qazilərimizin ölkə xaricində əməliyyatına və müalicəsinə ehtiyac yaranarsa onlar xaricdə müayinə və müalicəyə göndərəcəklər: "Hazırda 18 qazimiz Türkiyədədir. Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq. Qarşıdakı günlərdə növbəti qazilərimizdən də əməliyyat üçün Türkiyəyə yola salınanlar olacaq. Təxminən 10-a yaxın qazimiz artıq Türkiyədə əməliyyat olunub, vəziyyətləri normaldır. Hər bir qazimizlə hər gün maraqlanırıq, onların müalicəsinin necə getdiyini diqqət mərkəzində saxlayırıq. İsraildən isə yaxın günlərdə göz həkimlərinin ölkəmizə gəlməsi nəzərdə tutulur".