Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12.11.2019

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əziz İmran oğlu Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ə.İ.Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.