Yasamal rayon məhkəməsinin axtarışa verdiyi erməni general işdən çıxarıldı
17.06.2019

İşğal altında olan Dağlıq Qarabağdakı seperatçı rejimin başçısı Bako Saakyan "silahlı qüvvələrin" komandir müavini olan general-mayor Vardan Emil oğlu Balayanı tutduğu vəzifədən azad edib.
VisionTV.az  Ermənistan mətbuatına istinadən bildirir ki, Vardan Balayan pensiya yaşına çatdığı üçün işdən uzaqlaşdırılıb.
Məlumat üçün bildirək ki, Vardan Balayan Azərbaycan  Respublikası Cinayət Məcəlləsinin 103  (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilərək Yasamal rayon məhkəməsinin 9 fevral 2009-cu il tarixli qərarı ilə də barəsində həbs qətimkan tədbiri seçilərək axtarışa verilib. 
Qeyd edək ki, 1992-ci  il fevral ayının 15-dən 16-na keçən gecə erməni silahlı quldur dəstələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocavənd (keçmiş Martuni)  rayonunun  Qaradağlı  kəndiə hücum edərək onlarla azərbaycanlını vəhşicəsinə qətlə yetirib. Azərbaycanlıları qətlə yetirən, onlara işgəncələr verən şəxslər arasında Vardan Balayan xüsusi amansızlığı ilə seçilib.