Yaponiyadan daha bir yenilik...Qardan enerji alacaqlar...
Yaponiyadan daha bir yenilik...Qardan enerji alacaqlar...
30.11.2022 MEDİA Tərəfindən

Yaponiyanın Honsü adasının şimalında yerləşən Aomori şəhərinin hökuməti qardan istifadə etməklə elektrik enerjisi istehsal etməyi planlaşdırır.

Yeni texnologiyadan istifadə etməklə praktiki təcrübənin dekabrda başlaması planlaşdırılır.

Eksperiment texnologiyanı hazırlayan Tokio Elektrik Rabitə Universiteti və Forte ilə əməkdaşlıqda həyata keçiriləcək. Onun üçün şəhər rəhbərliyi qapalı məktəbdə üzgüçülük hovuzu ayırıb.

Bildirilir ki, küçələrin təmizlənməsi zamanı yığılan qar hovuza atılacaq, içinə xladagentli borular çəkiləcək. Xladagentdə qurğunun qarla soyudulan hissəsi ilə xarici hava və günəş tərəfindən qızdırılan hissəsi arasında yaranan temperatur fərqinə görə, xladagentin konvektiv axını yaranacaq. O, turbini fırladacaq, nəticədə elektrik enerjisi istehsal ediləcək.

Tokio Elektrik Rabitə Universitetinin professoru Koci Enokinin hesablamalarına görə, elektrik enerjisi istehsalının bu üsulunun səmərəliliyi günəş panellərindən istifadə etməkdən daha yüksək ola bilər. Bundan əlavə, elektrik enerjisi istehsal etmək üçün qardan istifadə ekoloji cəhətdən daha təmizdir.

Təcrübə gələn ilin mart ayına qədər davam edəcək. Gələcəkdə tərtibatçılar xladagentin qızdırılması üçün təkcə xarici hava və günəşdən deyil, həm də isti yeraltı mənbələrin istiliyindən istifadə etməklə texnologiyanın səmərəliliyini artırmağı planlaşdırırlar. Bu, sistem daxilində temperatur fərqini artıracaq və müvafiq olaraq onun səmərəliliyini artıracaqdır.

Visiontv.az