Yanğında zərər çəkmiş sahibkarlara güzəşt
03.04.2019

Azərbaycan Banklar Assosiasiyasından gələn qərar- Azərbaycan bankları "Diqlas”dakı sahibkarlara güzəşt edə biləcək

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin martın 29-da keçirilmiş iclasında "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara güzəşt edilməsi məsələsi müzakirə olunub.

 Report-a istinadən bildirək ki, qeyd olunan məsələ ilə əlaqədar çıxış və təkliflər dinlənildikdən sonra Assosiasiyaya üzv banklar tərəfindən iş adamlarının kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib.