Yalnız azərbaycanlılar bir şeyin saxtasına görə orijinalını söyür
Yalnız azərbaycanlılar bir şeyin saxtasına görə orijinalını söyür
26.08.2021 Kənan Rövşənoğlu Tərəfindən

Dünyada yeganə millət azərbaycanlılardır ki, bir şeyin saxtasına görə orijinalını söyür.

Baxıram 3 gündür, milli intilligentlər saxta 12-ci "imam" adı ilə İslam dinindəki Mehdi inancına hücum edir. Ayın qaranlıq tərəfindəki ekspedisiyadan yeni qayıtmış intiligensiya 14 əsr əvvəlki dinlərə hələ də inanmaqda davam edən vətəndaşlları lağa qoyur, insancında səhv tutur. 

Əgər bir nəfər özünü imam elan edib pul mənimsəyibsə, bu fırıldaqçılıq, yəni cinayətdir. Guya dindarlar bu adama inanıb ki? Bu cür fırıldaqçılar tarixin hər dövründə olub, onlara inanan az saylı insanlar da olub. Bütün ölkələrdə özünü imam, peyğəmbər elan edən şəxslər olub tarix boyu. Dini mövzu olmasa belə Türkiyədə körpünü satan fırıldaqçılar olub.
 Amma əgər bir adam fırıldaqçılıq edibsə, saxtakardırsa, burda dinin, imanın günahı nədir? Bir şeyin saxtasına görə orijinalını tənqid etməzlər, əksinə, saxta məhsullar olanda orijinalına hörmət daha da artmalıdır. Bizdə yenə də hər şey tərsinədir.

Kənan Rövşənoğlu

visiontv.az