Yağışdan çıxıb yağmura düşən adam: Deyəsən, "dərviş" yenə Parisi "partlatmağa" başlayıb
Yağışdan çıxıb yağmura düşən adam: Deyəsən, "dərviş" yenə Parisi "partlatmağa" başlayıb
24.03.2023 Bəybala Mirzəyev Tərəfindən

Deyəsən, "dərviş" yenə Parisi "partlatmağa" başlayıb. Fransanı kütləvi etiraz nümayişləri bürüyüb.

Makronun təşəbbüsü ilə pensiya islahatı haqqında qanun layihəsinin qəbul edilməsi prosesinə start verildikdən sonra ölkədə etiraz nümayişləri səngimək bilmir.

Bu gün (martın 23-ü) Fransada ümumi səfərbərlik elan edilib. Bir çox mühüm obyektlərdə tətillər davam edir. Hətta aeroportlar da problemlərlə üzləşiblər.

İctimai nəqliyyatın işi isə tamamilə iflic olub.

Məşhur "Sarı jiletlilər" hərəkatından sonra bu gün bütün ölkə ərazisində insanların etiraz nümayişinə çıxması Fransa prezidenti Emmanuel Makron üçün həqiqətən də çox ciddi təhdiddir. Makron ikinci prezidentlik müddətinin ən kritik dönəmini yaşayır.

O, yağışdan çıxıb yağmura düşən adamlara bənzəyir...

Bütün Avropanın lideri olmağa can atan, Asiya və Afrika ölkələrindən tutmuş Cənubi Qafqaza qədər hər yerə burnunu soxan, özünü Napoleon Bonaparta və ya Şarl de-Qolla oxşadan Makron necə deyərlər, öz evinin içindəki - Fransadakı problemləri heç cürə yoluna qoya bilmir.

P.S.

Bu fotokollaja baxanda isə Səməd Vurğunun məşhur misraları yadıma düşdü:

"Oturmuş palanın üstündə hambal,

Dərin fikirlərə qərq olmuş yazıq...".

Makron isə tətillər, nümayişlər ucbatından Parisin küçələrində qalaqlanmış zibillərin üstündə oturub.

Dərindən düşünmək üçün əla yer tapıb.

Bəybala Mirzəyev

visiontv.az