Xoy faciəsi: Fars-molla rejimi Azərbaycan və Türkiyə ilə sərhəd bölgədən azərbaycanlıları köçməyə məcbur edir
Xoy faciəsi: Fars-molla rejimi Azərbaycan və Türkiyə ilə sərhəd bölgədən azərbaycanlıları köçməyə məcbur edir
03.02.2023 Şöhrət El-Dəniz Tərəfindən

Xoy İranın Qərbi Azərbaycan ostanı sayılan ərazi vahidinin mərkəzi şəhəridir. Bu ostanda azərbaycanlılar çoxluq təşkil edir. Neçə gündür burda baş verən zəlzələdən minlərlə azərbaycanlı soyuqdan, şaxtadan, qardan əziyyət çəkir.

Amma Fars-molla rejimi azərbaycanlı olan vətəndaşlarına nə sahib çıxır, nə də kənardan yardımları qəbul edir. Elə bil qəsdən bu insanlıarı ölümə, köçə məcbur edir. Maraqlı tərəfi odur ki, bütün günü fars-molla rejimini tənqid edən, sanksiyalar tətbiq edən Avropa, ABŞ, BMT və digər beynəlxalq təşkilatla bu faciəyə gözü yumub, susurlar. Səbəbini anlamağa çalışıram. Və İranın xəritəsinə baxdım. Qərbi Azərbaycan ostanını sərhədlərinə diqqət etdim. Xəritədə gördüyünüz rəngli ərazi mərkəzi Xoy şəhəri olan İranın Qərbi Azərbaycan ostanıdır. 

Bu ərazilər daha çox Türkiyə və Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəddir. Urmiyya gölü də bu ərazilərdə quruyur. Daha doğrusu Fars-molla rejimi gölü qurudub azərbaycanlı əhalini buradan məcburi köçməyə vadar edir. Urmiyaya dağdan-daşdan 10 minlərlə azərbaycanlı olmayan vətəndaşlarını köçürdüb. Ev-eşik tikib demoqrafik vəziyyəti onların xeyrinə dəyişməyə çalışır. Sizə elə gəlmirmi fars-molla rejimi indi də eyni siyasəti yürüdərək azərbaycanlıların çoxluq təşkil etdiyi Xoydan-Türkiyə, Azərbaycan sərhəddindən məcburi köç etməyə nail olmaq istəyir. Zəngəzur dəhlizi söhbətindən sonra İran rejimi var gücü ilə çalışır ki, Azərbaycanla, Türkiyə ilə sərhəd vilayətlərdən yerli azərbaycanlı vətəndaşları digər millətlərlə əvəz etsin. Çox qəribədir ki, fars-molla rejiminin bu siyasətinə Avropa və ABŞ-dakı bəzi qüvvələr, o cümlədən fars və kürt müxalifəti göz yumur, hətta deyərdim ki, dəstək olur. Belə başa düşürəm ki, rejim dəyişikliyindən sonra kimlərəsə muxtariyyat və yaxud dövlət yaratmaq üçün yenə də Azərbaycanın torpaqlarından istifadə etməyi hədəfləyiblər. Xəritəyə baxın sizə də hər şey tam aydın olacaq.

Şöhrət El-Dəniz.

visiontv.az