Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
31.01.2025

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 22 ailə - 94 nəfər köçürülüb. Sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyiblər.

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO



Gündəlik

slide 11 to 14 of 8