Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş cüdo yarışı keçirilib
28.02.2023

Peşəkar idman klubunun və tanınmış idmançı, Prezident mükafatçısı, dünya və avropa çempionu Cavidan Qarayevin dəstəyi ilə oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında açıq birincilik keçirilib.

Visiontv.az xəbər verir ki, xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş cüdo üzrə açıq birincilik yarışı keçirilib.

170 idmançının (160 oğlan, 10 qız) iştirak etdiyi açıq birincilikdə 10 komanda qalib adı uğrunda mübarizə aparıb.İştirak edən komandalar Bakı, Sumqayıt və Xızıdan qatılıblar yarışa.

Allah şəhidlərimizə rəhmət eləsin.