Xocalı faciəsinə indiki baxışımız əvvəlki 29 ildən tam fərqlidir
Xocalı faciəsinə indiki baxışımız əvvəlki 29 ildən tam fərqlidir
26.02.2021 Nəsib Məhəməliyev Tərəfindən

Ən azından ona görə ki, şəhidlərin intiqamı alınıb. Ali Baş Komandanın zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş strategiyası nəticəsində torpaqlarımız azad olundu. 29 ildən bəri hər il ağlaşma qurmaqla, utanc, xəcalət hissi ilə faciə qurbanlarını yad edərək, axır ki, qürurlu millətə çevrildik. Bundan gözəl nə ola bilər. Allah şəhidlərimizə rəhmət eləsin.

Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyası kifayət qədər sistemli tədbirləri ilə fərqlənir.

Azərbaycan dövləti tərəfindən Xocalı faciəsinin tanıdılması baxımından xeyli iş görülmüşdür. Eyni zamanda bir çox ölkələrdə yaşayan soydaşlarımız da təbliğat işlərində fəallıq nümayiş etdirmişlər. Son illərdə Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyası kifayət qədər sistemli və qeyri-standart tədbirləri ilə fərqlənirlər. Bütün bunların nəticəsi olaraq, 10 ölkənin parlamenti, ABŞ-nın 21 ştatı faciəni Soyqırım kimi tanımışlar. Almaniya, Hollandiya, Meksika, Türkiyə kimi ölkələrdə abidələr qoyulmuşdur. Proses davam etdirilməlidir. Nəzərə almaq lazımdır ki, ermənilər 100 ilə yaxındır saxta soyqırımı təbliğatını aparırlar. Biz də səbr və təmkinlə təbliğatın coğrafiyasını genişləndirməliyik. Əməkdaşlıq etdiyimiz bütün ölkələrin nümayəndələri ilə görüşlərdə digər məsələlərlə yanaşı, Xocalı soyqırımı müzakirə predmeti olmalıdır. Yeri gəlmişkən  Azərbaycan -Litva parlamentlərarası dostluq qruplarının onlayn formatda iclası keçirildi. Çıxışlarda Xocalı faciəsinə xüsusi aksent edərək Litva parlamentariləri qarşısında münasibət bildirmələrini xahiş etdik. Bizim üçün xoş bir sürpriz oldu ki, Litvalı həmkarlarımız xüsusi bəyanat qəbul edərək, erməni vəhşiliklərini pislədilər. Müraciət Litva Seyminin rəsmi saytında yerləşdirildi. Litvada güclü erməni diasporasının olduğunu və bəzi beynəlxalq arenalarda nümayiş etdirilən qərəzli mövqeyə baxmayaraq, bu günki bəyanat ölkəmizə olan hörmətin nəticəsidir. Yəni düzgün qurulan münasibətlər sistemi öz bəhrəsini verir. Beynəlxalq müstəvidə daha ciddi rezonans doğurmaq üçün düşünürəm ki, Xocalı qatillərinin, konkret olaraq Serj Sarqsyanın, Zori Balayanın və digər iştirakçıların etiraflarını müxtəlif dillərdə çap edərək paylamaq lazımdır. Öz silahları ilə özlərini vurmalıyıq.

Millət vəkili Nəsib Məhəmməliyev

Visiontv.az