Xırdalan şəhərində Koronovirus Pandemiyası ilə əlaqədar növbəti reyd keçirilib
08.07.2020

Abşeronda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün həyata keçirilən maarifləndirmə xarakterli reydlər davam etdirilir.

Visiontv.az-ın verdiyi xəbərə görə, Abşeron Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsinin əməkdaşlarının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası birgə keçirdiyi ”Qaydalara əməl et, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə kampaniyası Abşeron rayonunda da start verildi. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması məqsədilə koronavirus pandemiyasının rayonu ərazisində yayılmasının qarşısının alınması və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı reyd keçirilib.

Növbəti reyd Xırdalan şəhərində fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində, eləcədə parklarda aparılıb.

Reyd koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində həyata keçirilib.

Reyd zamanı rayon ərazisində fəaliyyətinə icazə verilən müəssisə və obyektlərə baxış keçirilərək əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, parklarda və bankomatların qarşısında qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin aidiyyəti qurumların rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.

Keçirilən reyd nəticəsində sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, gün ərzində rayon ərazisində genişmiqyaslı dezinfeksiya işləri də həyata keçirilib.

Bundan sonra da Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsilə mütəmadi olaraq reydlər keçiriləcək və Rayon Polis İdarəsi tərəfindən karantin rejimin tələblərini pozan şəxslər barəsində qanuni tədbirlər davam etdiriləcək.