Xilasedicilərlə dava edən Yusuf Güney saxlanıldı
03.08.2021

Türkiyəli müğənni Yusuf Güney nəzarətə alınıb.

Visiontv.az xəbər verir ki, dəstək məqsədilə Türkiyədə yanğın baş verən ərazilərə gedən Yusuf orada çalışan xilasedicilərlə mübahisə edib. Daha sonra kiçik mübahisə davaya çevrilib.

Sənətçi yanğınsöndürənlərdən onun istədiyi yerdə işləmələrini tələb edib. Onlar bunu qəbul etməyəndə isə dava düşüb. Yusuf işçilərin üzərinə yeriyərək onları döyüb. Daha sonra əlindəki silahla havaya atəş açmağa başlayıb.

Bundan sonra polis onu tutaraq şöbəyə aparıb. Hazırda müğənninin sorğusu davam edir.