Xəstəxanalarda hansı xidmət elektronlaşdırılmalıdır?
25.07.2021

Yaşadığımız əsr elə bir dövrdür ki, insan istər-istəməz özünü rəqəmsal platformalarda, elektron cihazların əhatəsində tapır. Hal-hazırda demək olar ki, insanların 99%-i mobil telefon işlədir. Bu telefonlar istehsalçıları da günü-gündən insanlara daha yaxşı xidmət göstərmək üçün öz üzərlərində işləyib, cihazları təkmilləşdirirlər. Fikrimcə, sadəcə cihazlar yox, tətbiqlər, xidmətlər və bir çox sahələr də özlərini rəqəmsal cəhətdən inkişaf etdirməlidirlər. Düzdür, indi bir çox sahənin rəqəmsallaşması səbəbindən biz işlərimizi asanlıqla, vaxt itkisi olmadan həll edirik. Bu çox sevindirici haldır. Vaxt itkisindən əlavə biz rəqəmsallaşmanın faydasını pandemiya şəraitində, sərt karantin dövründə çox gördük. Ödənişləri onlayn edirdik, internet üzərindən geyim, yemək və s. əldə edirdik. Lakin hələ də köhnə sistemdə olan bəzi qurumlar var ki, onlarda rəqəmsallaşmanın olmaması məni çox narahat edir. Onlardan biri poliklinikalardakı növbə sistemidir. Gəlin qısa şəkildə öz müşahidələrim əsasında orada olan hadisələrdən danışım. Şəhər poliklinikalarında növbədə durmaq üçün insanlar həkimin köməkçisinə yaxınlaşıb bir sıra nömrəsi götürürlər. Adətən insanlar səhər saatlarında gedirlər ki, növbədə ilk sıralarda olsunlar. Lakin heç də hərkəs öz sırasında həkimin yanına keçid etmir. Həkimin otağı daim dolu olur. Hətta elə insanlar olur ki, növbə almadan keçid edir həkimin yanına və növbədə gözləyənlərin bundan xəbəri olmur. Gözləmə hissəsində də çox pasiyent olur və müşahidələrim əsasında rahatlıqla deyə bilərəm ki, pasiyentlər pandemiya şəraitinə məhəl qoymadan sıralarını gözləyirlər. Məsələn, çoxu maskadan istifadə etmir və ya düzgün şəkildə istifadə etmir, sosial məsafəni qorumurlar. Nəticədə həm özlərini, həm də digərlərini virusa bir addım yaxınlaşdırırlar. Həmçinin oxşar vəziyyət uşaq poliklinikalarında da baş verir. Körpələrin peyvənd vaxtı gəldikdə ya da mütəmadi yoxlanışa gətirəndə də valideynlər bir-birlərinin sırasına keçirlər. Nəticədə həm körpələr yorulub, ağlayır, narahat olurlar, həm də valideynlər əsəbiləşirlər. Düşünürəm ki, heç kəs körpəsinin ağlamsınıb, narahat olmasını istəməz. Amma bu poliklinikada gördüklərimdən deyə bilərəm ki, hər kəs istəyir ilk sırada olsun, işini tez bitirib körpəsini rahatlatsın. Amma nəzərə almırlar ki, başqasının sırasına keçdikdə o da narahat olur. Çünki o da eyni şeyləri istəyir. Körpəsini rahatlatmaq, sakitləşdirmək. Gördüyüm bu hadisələr məni hər zaman düşündürürdü. Öz –özümə “Görəsən nə olmalıdır ki, həm həkimlər, həm də pasiyentlər növbə məsələsində ortaq məxrəcə gəlsinlər və hər ikisinə rahat bir sistem olsun”, deyə düşünürdüm. İştirak etdiyim “Rəqəmsal Jurnalistikaya Doğru 3” proqramında əldə etdiyim biliklər əsasında bu probləmi həll edəcək iki sistem düşündüm. Fikrimcə bu iki sistemdən biri tətbiq olunsa həm vətəndaşlar hansısa problemlə qarşılaşmazlar, həm də həkimlər pasiyentlərə daha yaxşı xidmət göstərə bilərlər. Həmçinin pandemiya şəraitini də nəzərə alsaq, bu sistemlər nəticəsində yaranan sıxlıqda aradan qalxmış olar. Təklif edirəm ki, poliklinakalarda növbə sistemi aşağıdakı kimi olsun: Poliklinika növbələri SMS sisteminə keçirilsin Vətəndaşların qeydiyyatda olan mobil nömrələrinə poliklinikalara gələcəyi tarixdən 2 gün əvvəl bildiriş göndərilsin. Bildirişdə polklinkaya gəlmə günü və saatı qeyd olsunsun. Vətəndaş həmin gün gəlmədiyi təqdirdə həmin növbə ləğv olunsun. Məsələn, kimsə hər ay poliklinikadan dərman götürür. Vətəndaş 28.07.2021 tarixində poliklinikaya yaxınlaşıb dərmanını götürməlidir. Göstərilən tarixdə yaxınlaşa bilmədisə həmin ayın dərmanı ləğv olunsun. Növbələr üçün mobil tətbiq yaradılsın Bu sistemdə isə vətəndaşlar tətbiqdə poliklinikaya günü və saatı gedəcəyi gündən 1 həftə öncə özü seçir. Gedəcəyi gündən 2 gün qabaq və həmin gün tətbiqdən poliklinikaya gəlməli olduğunun bildiriş göndərilsin. Məsələ, vətəndaş tətbiqə daxil olur və 28.07.2021-ci il saat 10:30-u seçir. Tətbiq 26.07.2021 və 28.07.2021-də vətəndaşa poliklinikaya yaxınlaşmalı olduğunun bildirişini göndərir