Xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq-Prezident İlham Əliyev
12.08.2020

Xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır.

Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq.
Biz bütün bu işləri onsuz da görməli idik və görürük. Bizim niyyətimiz və siyasətimiz artıq birmənalı şəkildə vətəndaşlara təqdim edilib.

Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, həm pandemiya dövründə, həm də postpandemiya dövründə bizə yeni imkanlar qazandıracaq.

Visiontv.az