Xərçənglə bağlı daha bir sirr -Yeni
04.05.2019

Türkiyə mediası qalxnavari vəz xərçənginin geniş yayılmasının səbəbini açıqlayıblar

Türkiyədə qadınların 20, kişilərin isə 5 faizi bu xəstəlikdən əziyyət çəkir

 Dünyada xərçəngin ən geniş yayılan növlərindən biri də qalxanvari vəz xərçəngidir. Türkiyə mediasına isitnadən xəbərinə görə, türkiyəli həkimlər xərçəngin ən geniş yayılan 5 növündən biri olan qalxnavari vəz xərçənginin niyə belə geniş yayılmasının səbəbini açıqlayıblar.

 Belə ki, onlar qeyd ediblər ki, son illər dünyada, o cümlədən də Türkiyədə bu cür xəstələrin sayının artması Çernobıl faciəsi ilə əlaqələlidir. Statistikaya görə, bu gün Türkiyədə qadınların 20, kişilərin isə 5 faizi məhz bu xəstəlikdən əziyyət çəkir.

Lakin həkimlər deyirlər ki, xərçəngin digər növləri ilə müqayisədə qalxanvari vəz xərçəngini məğlub etmək, onunla mübarizə aparmaq daha asandır. Onu da qeyd edək ki, yeni məlmatlarda bağıraq xərçənginə qarşı da yeni preparatın kəşf edildiyi deyilir./sputnik.az