16.012.2019
Axtar
Gündəlik
alt

Xərçəngə qarşı ilk antibiotik yaradıldı-ALİMLƏRdən yeniliklər

Xərçəngə qarşı ilk antibiotik yaradıldı-ALİMLƏRdən yeniliklər

Beynəlxalq alim qrupu ilk dəfə olaraq şişə qarşı maddəni - kedarsidinlə sintez edib. Belə ki,  birləşmə şişli hüceyrələrə qarşı mübarizədə effektiv olub, həmçinin, antibiotiklərə davamlı olan bakteriyaları məhv edə bilir.

Bu barədə Phys.org saytında press-reliz dərc olunub.

Tədqiqatçılar kedarsidinin molekulyar strukturunu təbiətdə aşkarlanmasından 10 il sonra müəyyənləşdirə bilib. Birləşmə 30 il əvvəl Hindistanda torpaqdan götürülmüş nümunələrdən hasil edilib.

 Alimlər kəşf ediblər ki, bu birləşmə yüksək bioloji aktivliyə malikdir, mikroorqanizmlərin hüceyrələrində və xərçəng hüceyrələrində DNT-nin zədələnməsinin  və  onların davamlı inkişafının qarşısını ala bilir.  Ancaq strukturunun mürəkkəb olmasına görə, alimlər uzun müddət onu laborator şəraitdə əldə edə bilməyib.

Mütəxəssislərin hesab edirlər ki,  əldə olunmuş nəticələr yeni nəsil antibiotiklərin və bədxassəli şişlərə qarşı agentlərin yaradılmasına kömək edəcək.

Şərh