Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
04.08.2020

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.

Visiontv.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 16 avqust saat 23:59-dək uzadılıb.

Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.