Xalq artisti Məzahir Suleymanovdan Mədəniyyət Nazirliyinə etiraz: Yaşlı aktyorların teatr ştatından çıxarılması səhv addımdır
09.12.2022

Bu barədə Xalq artisti öz Feysbuk səhfəsində yazıb.

Yaşlı aktyorların teatr ştatından çıxarılması məsələsinə nazirliyin verdiyi cavaba mənim münasibətim:

"Nazirlikdən verilən cavab, məntiqsiz və absurddur. Mədəniyyət və İncəsənət instutunu qurtaran məzunların çoxu heç teatrlara işləməyə getmirlər, başqa sahələrdə gedib işləyirlər, ya da rayon teatrlarına getmək istəmirlər, çünki onlara orda lazımı şərait yaradılmır. Çox aşağı maaşla işləmək istəmirlər, ya da o, məzunların 50 faizi istedadsız və tetr üçün yararsızdılar. Qaldı yaşlı aktyorlara, axı bunlar hamısı birdən yaşlaşmırlar. Hal- hazırda Sumqayıt teatrında bir nəfər yaşı 65-i keçən aktrisa var.  Axı aktyorlar çox da elə uzun ömürlü deyillər. Bir çoxları heç 65- yaşa gəlib çatmırlar. Tutaq ki, hər teatrda 5- nəfər yaşlı aktyor var, bunlar gənc aktyorlara nəinki mane olmazlar, əksinə onlar üçün bir örnək olarlar. Mən teatra gənc aktyor kimi gələndə, Xalq artisti Rza Əfqanlı, yaşları 70- keçmiş aktyorlar Manya Fətullayeva, Oqtay Xəlilov kimi təcürbəli aktyorlar teatrımızda işləyirdilər. Onlar məgər mənim kimi cavan aktyorlara mane olurdular?

Əksinə, mən onların təcürbələrindən, məsləhətlərindən bəhrələnməsəydim, bəlkə də az maaşla, çətin iş şəraitinə dözməyərək gedib başqa işlə məşqul olardım. O, vaxt teatrımızın heç öz binası da yox idi. Mən bütün bunları yazmaqla elə fikirləşməsinlər ki, yenidən teatra qayıtmağa can atıram, əsla, mənim teatra olan həvəsim artıq sönüb. Mən bütün bunları yazmaqla, o yuxarıda dayanıb teatrdan bixəbər olanlara demək istəyirəm ki, sizin teatra qarşı atdığınız bu addımlar, yumuşaq desək səhvdir".

Xalq artisti, prezident mukafatçısı Məzahir Süleymanov

visiontv.az