Xalq artisti Arif Quliyevlə vida mərasimi başa çatıb.
Visiontv.az-ın məlumatına görə, o, saat 13:00-da Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənətyoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimi aktyorun yaşadığı binanın həyətində təşkil edilib.