“WhatsApp” işlədənlərin NƏZƏRİNƏ
11.09.2021

"WhatsApp" messenceri köhnə iOS və Android cihazlarını dəstəkləməyi dayandıracaq.

Visiontv.az “ted.az”a istinadən bildirir ki, şirkət bununla bağlı məlumat paylaşıb.

Cihaz tələblərinə dair yeniləməyə əsasən 2021-ci il noyabrın 1-dən etibarən tətbiq artıq "Android 4.0.4" ilə işləyən "Android" smartfonlarını və "iOS 9" ilə işləyən "iPhone"u dəstəkləməyəcək.

Bundan başqa cihazlar üçün mobil internetli SİM-kart da lazımdır. Çünki "WhatsApp" tək "Wi-Fi" ilə işləyən cihazları dəstəkləmir.