"Volodimir Zelenski Vladimir Putin qədər günahkardır"
"Volodimir Zelenski Vladimir Putin qədər günahkardır"
05.05.2022 Elbəyi Həsənli Tərəfindən

Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silvaya Rusiya-Ukrayna müharibəsi haqqında danışarkən deyib ki, müharibəyə görə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin qədər günahkardır.

Yenidən Braziliya prezidenti olmağa ən şanslı namizəd olan 76 yaşlı siyasətçi Qərbi də ittiham edib. Bildirib ki, ABŞ və Avropa Birliyi sülh danışıqlarına yox, müharibənin qızışmasına maraq göstərib.

O, bildirib ki, ABŞ və Avropa Birliyi müharibənin qarşısını almaq üçün Ukraynanın NATO-ya daxil olmayacağını bəyan etməliydi: “Bayden Putinlə danışıq aparmaq üçün Moskvaya uçamlıydı. Əsl lider belə davranış sərgiləməliydi”.

“Putin Ukraynaya hücum etməməli idi. Ancaq bu məsələyə görə yalnız Putin günahkar deyil. ABŞ və Avropa Birliyi də günahkardır”...
Britaniyanın “theguardian.com” saytı belə yazır və qeyd edir ki, əvvəllər iki dəfə Braziliyanın prezidenti seçilmiş Luis İnasiu Lula da Silvaya əks tərəflər arasında körpü rolu oynamış adamdır. Belə ki, o, ABŞ prezidenti Corc Buş (oğul) ilə Venesuela prezidenti Hugo Chávez və İran prezidenti Mahmoud Ahmadinejad arasında münasibətlərin yaxşılaşmasına töhfə verib.
Qeyd edim ki, Luis İnasiu Lula da Silvaya korrupsiya ittihamı ilə 1 il həbsdə yatıb...

Elbəyi Həsənli

Visiontv.az