Visiontv.az xəbər portalı təltif edilib - FOTO
Visiontv.az xəbər portalı təltif edilib - FOTO
28.12.2020 Elvin ABBASOV Tərəfindən

Hər zaman oxucularına dolğun və düzgün informasiya çatdıran Visiontv.az xəbər portalı mükafata layiq görülüb.

Belə ki, Azərbaycanın milli mənəvi dəyərlərinin təbliği istiqamətində mütamadi olaraq verdiyi informasiya dəstəyinə görə, Visiontv.az xəbər portalının Baş Redaktoru Şöhrət Eldəniz həmçinin saytın təsisçisi Elvin Abbasov "İsayev,s" qrup tərəfindən ilin "Aktiv media işçisi" mükafatına layiq görülüblər.

Məlumat üçün bildirək ki, milli mənəvi dəyərlərin təbliği istiqamətində sosial şəbəkələrdə təbliğ olunan  “Azərbaycan mədəniyyəti” layihəsinin 14 mindən çox izləyicisi var. Bu vaxta kimi layihə çərçivəsində bir sıra konsert proqramları təşkil edilib.

Layihənin rəhbəri Nicat Müslümovdur.