VisionTV.az Zəfər Bayramı münasibəti ilə xalqımızı təbrik edir!
07.11.2021

Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq.

Zəfər günü - Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbənin şərəfinə elan edilmiş bayramdır. Ali baş komandan İlham Əliyevin Zəfər Gününün elan edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə qəbul edilmişdir. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı.Bununla da xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı.

Visiontv.az informasiya portalı olaraq Zəfər günü münasibəti ilə xalqımızı təbrik edir! 

Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!